Deputatdan HƏYƏCAN TƏBİLİ: “Ailə dəyərlərinə zidd verilişlər dayandırılmalıdır”

Deputatdan HƏYƏCAN TƏBİLİ: “Ailə dəyərlərinə zidd verilişlər dayandırılmalıdır”

Hazırda oxunan: Deputatdan HƏYƏCAN TƏBİLİ: “Ailə dəyərlərinə zidd verilişlər dayandırılmalıdır”

252141

“Bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahat doğurur. Bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm ki, ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb”.

Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasındakı çıxışı zamanı deyib.

O bildirib ki, ailə institutunun güclənməsi üçün ciddi addımlar atılmalıdır:

“Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?!”

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO