“Albalı yalnız dadlı deyil, həm də orqanizmimiz üçün olduqca faydalı bir giləmeyvədir. Albalı iltihabəleyhinə xüsusiyyətlərə malikdir, xüsusilə şişkinlik və oynaq ağrılarından əziyyət çəkən insanlar üçün faydalı ola bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə SM-Clinic-in uşaq endokrinoloqu və diyetoloqu Dariya Xaykina Gazeta.Ru-ya danışıb.
Mütəxəssisin sözlərinə görə albalı ürək və qan damarlarının sağlamlığı üçün də faydalıdır:
“Kalsiumun qan təzyiqini tənzimləməyə və ürək fəaliyyətini yaxşılaşdırmağa kömək etdiyini hamımız bilirik. Ancaq çox az adam bilir ki, bu mineral albalıda yüksək miqdarda mövcuddur”, – deyə həkim bildirib.
Dariya Xaykina albalının tərkibində həmçinin C vitamini, beta-karotin və sink olduğunu qeyd edib. Bu maddələr immunsisteminin xəstəlikdən sonra və ya fiziki gərginlikdən sonra bərpasına kömək edir.
Endokrinoloq qeyd edib ki, albalı qadınlarda hormonal balansın qorunmasına da müsbət təsir göstərir. Xüsusilə menstruasiya öncəsi sindrom (PMS) və menopoz dövründə faydalıdır:
“Albalının tərkibində melatonin hormonu da mövcuddur. Bu hormon adətən bədən tərəfindən istirahət və yuxu üçün istehsal olunur. Ona görə də günün ikinci yarısında az miqdarda albalı yemək yuxunun keyfiyyətini yaxşılaşdıra və yuxuya getməyi asanlaşdıra bilər”.
Sonda mütəxəssis albalının miqdarına diqqət yetirməyi də tövsiyə edib:
“Gündə bir ovuc albalı kifayətdir. Hətta ən sağlam giləmeyvə belə, çox miqdarda qəbul edildikdə şişkinlik və qan şəkərində sıçrayışlara səbəb ola bilər,” – deyə o, bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:22 / 30.05.2025
Albalının sağlamlığa 5 əsas faydası – Möcüzəli meyvə ilə bağlı BİLMƏDİKLƏRİMİZ
Hazırda oxunan: Albalının sağlamlığa 5 əsas faydası – Möcüzəli meyvə ilə bağlı BİLMƏDİKLƏRİMİZ
Hazırda oxunan: Albalının sağlamlığa 5 əsas faydası – Möcüzəli meyvə ilə bağlı BİLMƏDİKLƏRİMİZ
252135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.