“Nizami Gəncəvini tərcümə etmək həm şərəfli, həm də çətin işdir” – Nimet Yıldırım

“Nizami Gəncəvini tərcümə etmək həm şərəfli, həm də çətin işdir” – Nimet Yıldırım

Hazırda oxunan: “Nizami Gəncəvini tərcümə etmək həm şərəfli, həm də çətin işdir” – Nimet Yıldırım

252014

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş panel təşkil edilib.

Bizim.Media xəbər verir ki, panel müzakirəsində Atatürk Universiteti Fars Dili və Ədəbiyyatı bölümünün müdiri, professor, doktor, tərcüməçi Nimet Yıldırım çıxış edib.

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” əsərinin əvvəlki illərdə tərcüməsini həyata keçirən professor Nizami Gəncəvi əsərlərinin tərcüməsinin həyata keçirməyin olduqca çətin, şərəfli və məsuliyyətli iş olduğunu qeyd edib.

Panel sual-cavab şəklində davam edib.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.






Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO