IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Güldanə Zəriflə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, şair "Seçilmiş əsərlər", "Kədər axtarıram", "Payızın baharı", "Sevən ürək" kitablarını oxucuları üçün imzalayıb.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
16:11 / 29.05.2025
Güldanə Zərif oxucuları ilə GÖRÜŞDÜ – FOTO
Hazırda oxunan: Güldanə Zərif oxucuları ilə GÖRÜŞDÜ – FOTO
Hazırda oxunan: Güldanə Zərif oxucuları ilə GÖRÜŞDÜ – FOTO
251994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.