Ukraynaya qarşı döyüşən Zaur Stavropolda öldürüldü – FOTO/VİDEO

Ukraynaya qarşı döyüşən Zaur Stavropolda öldürüldü – FOTO/VİDEO

Hazırda oxunan: Ukraynaya qarşı döyüşən Zaur Stavropolda öldürüldü – FOTO/VİDEO

251916

“Xüsusi hərbi əməliyyat”ın veteranı, “Qəhrəmanlar zamanı” proqramının iştirakçısı Zaur Qurtsiyev partlayış nəticəsində həlak olub. Hadisə cümə axşamı gecə Rusiya Federasiyasının Stavropol şəhərində baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb.

Onun sözlərinə görə, partlayışda Ukraynanın əli olması ehtimalı istisna edilmir.

“Hadisə yerində hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları işləyir. İstintaq tədbirləri aparılır... Şəhərdə vəziyyət sabitdir. Hər şey nəzarət altındadır,” – deyə Vladimirov Telegram kanalında bildirib.

Zaur Qurtsiyev 2007-ci ildən Rusiya Silahlı Qüvvələrində xidmət edib. 2024-cü ilin sentyabrında Stavropol şəhəri administrasiyası başçısının birinci müavini vəzifəsinə təyin olunmuşdu.

SHOT Telegram-kanalının məlumatına görə, Qurtsiyevə 29 yaşlı Nikita Penkov yaxınlaşıb və üzərinə bərkidilmiş partlayıcı qurğunu işə salıb.

Partlayış baş verən zaman Qurtsiyev Çexov küçəsində yerləşən binanın həyətində dayanırmış. Penkov yaxınlaşandan bir neçə saniyə sonra güclü partlayış baş verib və nəticədə məmur həlak olub.

“Qəhrəmanlar zamanı” layihəsinin saytında bildirilib ki, Qurtsiyev Mariupolun ələ keçirilməsi əməliyyatında hava qüvvələrinə rəhbərlik edib. O, xüsusilə raketlərin hədəfə yönəldilməsi texnologiyasına öz işləmələrini tətbiq etməklə onların dəqiqliyini və effektivliyini bir neçə dəfə artırmağa nail olub. Bu, “Azov” bazasının məhv edilməsinə də imkan verib.

Rusiya KİV-lərinin yazdığına görə, hərbçi olan zaman Qurtsiyev Hərbi-Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qüvvələrinin bir ordusunun döyüş idarəetmə mərkəzinə rəhbərlik edib. Daha sonra o, Ukraynada döyüş əməliyyatlarında iştirak edən şəxslərin mülki sektora inteqrasiyasını nəzərdə tutan dövlət layihəsində iştirak edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO