Ukrayna-Azərbaycan matçı Polşada KEÇİRİLƏCƏK?

Ukrayna-Azərbaycan matçı Polşada KEÇİRİLƏCƏK?

Hazırda oxunan: Ukrayna-Azərbaycan matçı Polşada KEÇİRİLƏCƏK?

251620

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan Ukrayna millisi tsiklin ev oyunlarını Polşada keçirə bilər.

Bizim.Media "Tribuna.com" portalına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası üçün prioritet Vrotslavdakı “Tarçinski Arena” stadionudur.

Bildirilir ki, bu variant artıq UAF İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib, lakin stadionun icarəsi ilə bağlı sənədlər hələ imzalanmayıb.

Xatırladaq ki, Ukrayna Rusiya ilə davam edən müharibə səbəbindən öz vətənində rəqiblərini qəbul edə bilmir. Ukrayna - Azərbaycan görüşü oktyabrın 13-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO