Ançelotti Braziliya millisinin heyətini AÇIQLADI

Ançelotti Braziliya millisinin heyətini AÇIQLADI

Hazırda oxunan: Ançelotti Braziliya millisinin heyətini AÇIQLADI

251553

Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmalar üçün heyəti açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Heyətə 25 futbolçu daxil edilib. Ən böyük sürpriz Karlo Ançelottinin rəhbərliyi altında bu mövsüm Madrid “Real”ında çıxış etmiş Rodriqo Qoisin heyətdə yer almaması olub. Bundan əlavə, İspaniyanın “Betis” klubunda çıxış edən hücumçu Antoni uzun fasilədən sonra — 2023-cü ilin mart ayından bəri ilk dəfə milli komandaya çağırılıb.

Həmçinin “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro da heyətə qayıdıb.

Ançelottinin rəhbərliyi altında Braziliya millisinin qarşıdakı oyunlar üçün tam heyəti belədir:

Qapıçılar: Alisson Bekker (“Liverpul”), Bento (“Əl-Nasr”), Uqo Souza (“Korintians”)
Müdafiəçilər: Aleks Sandro (“Flamengo”), Aleşandro (“Lill”), Lukas Beraldo (“PSJ”), Leo Ortis (“Flamengo”), Markinyos (“PSJ”), Karlos Auqusto (“İnter”), Danilo (“Flamengo”), Vanderson (“Monako”), Uesli (“Flamengo”)

Yarımmüdafiəçilər: Andreas Pereyra (“Fulhem”), Andrey Santos (“Strasburq”), Bruno Gimarains (“Nyukasl Yunayted”), Kazemiro (“Mançester Yunayted”), Ederson (“Atalanta”), Jerson (“Flamengo”)

Hücumçular: Estevao (“Palmeyras”), Antoni (“Betis”), Qabriel Martinelli (“Arsenal”), Mateus Kunya (“Vulverhempton”), Vinisius Junior (“Real”), Rafinya (“Barselona”), Rişarlison (“Tottenhem Hotspur”)

Qeyd edək ki, Braziliya milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində iyunun 6-da Ekvador, iyunun 11-də isə Paraqvayla qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO