Qusar cüdoçuları TURNİRDƏ - 60 gənc mübarizə apardı – FOTO

Qusar cüdoçuları TURNİRDƏ - 60 gənc mübarizə apardı – FOTO

Hazırda oxunan: Qusar cüdoçuları TURNİRDƏ - 60 gənc mübarizə apardı – FOTO

251351

Qusar rayonunda cüdo üzrə rayon birinciliyi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Qusar rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunub.
 

Yarışda 2012-2013-cü il təvəllüdlü idmançılar qüvvələrini sınayıblar. Ümumilikdə 60 nəfər gənc cüdoçunun iştirak etdiyi turnir gərgin idman mübarizəsi şəraitində keçib. İdmançılar texniki və taktiki baxımdan yüksək hazırlıq nümayiş etdiriblər.


Tədbirdə çıxış edən Qusar RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev belə tədbirlərin gənclərin fiziki hazırlığını və sağlam həyat tərzini təşviq etməklə yanaşı, onların vətənpərvər ruhda yetişməsində mühüm rol oynadığını, gələcək idman uğurları üçün güclü zəmin yaratdığını qeyd edib. 

Tədbirdə çıxış edən digər natiqlər qalibləri təbrik edərək, gələcək yarışlarda uğurlar arzu ediblər.

Sonda qaliblər diplom və medallarla təltif olunublar.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO