Ötən gecə Nizami rayonu ərazisində sürücü ilə polis arasında insident yaşandı.
Sürücünün komendant saatı ilə bağlı qurulan postda “dayan” əmrinə tabe olmaması polisi xəbərdarlıq atəşi açaraq saxlamaq məcburiyyətində qoyub.
Bu insident komendant saatı mövzusunu bir daha gündəmə gətirdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Bizim.Media-ya müsahibəsində bildirib ki, ölkəmizdə 2020-ci il 28 sentyabr tarixindən elan olunan hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün 06:00-dək olan komendant saatı rejimi hələ qüvvədədir:
“Ancaq hərbi vəziyyət rejimi ləğv olunduqdan sonra komendant saatının ləğvinə baxıla bilər”.
Ehsan Zahidov qeyd edib ki, ona görə də bütün vətəndaşlardan, eləcə də sürücülərdən qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:00 / 12.11.2020
Komendant saatı nə vaxt ləğv olunacaq?
Hazırda oxunan: Komendant saatı nə vaxt ləğv olunacaq?
Hazırda oxunan: Komendant saatı nə vaxt ləğv olunacaq?
2513
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.