“Qarabağ”dan Qurban Qurbanovun Barselonaya səfəri ilə bağlı AÇIQLAMA

“Qarabağ”dan Qurban Qurbanovun Barselonaya səfəri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ”dan Qurban Qurbanovun Barselonaya səfəri ilə bağlı AÇIQLAMA

251155

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsində olub.

Bizim.Media Ağdam klubunun saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində Kataloniya klubunun həm əsas, həm də U-19, U-15 və U-10 komandalarının məşqlərini izləyib.
 

Q.Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.


Flik "Qarabağ"ın baş məşqçisinə növbəti mövsümün gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO