“E-sosial” tətbiqi ilə 23 mindən çox əmək müqaviləsi İMZALANIB

“E-sosial” tətbiqi ilə 23 mindən çox əmək müqaviləsi İMZALANIB

Hazırda oxunan: “E-sosial” tətbiqi ilə 23 mindən çox əmək müqaviləsi İMZALANIB

251151

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə, elektron qaydada 23,2 min əmək müqaviləsi imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin mobil tətbiqə bu ilin mart ayında növbəti yenilik - əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub.
 

İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.


Vətəndaşlar həmin müqavilələri elektron şəkildə (SİMA rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.

Bu yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO