Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.
Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb. Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media