Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA – FOTO

Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA – FOTO

Hazırda oxunan: Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA – FOTO

251065

Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək ona qarşı əxlaqsız hərəkətlər edilib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Zonquldak şəhərində qeydə alınıb.
 

Sözügedən tələbəni girov saxlayan dəstə üzvlərinin məhkəməsi artıq yekunlaşıb. Zonquldak 3-cü Ağır Cinayət Məhkəməsi dəstənin 6 üzvünü qanunsuz azadlıqdan məhrumetmə, qanunsuz silahlı dəstə qurma, hədə-qorxu ilə tələb etmə kimi əməllərdə təqsirli bilib.


Qeyd edilib ki, Azərbaycan vətəndaşı olan 25 yaşlı şəxs 2 il əvvəl narkotik vasitələrin satışı ilə məşğul olan dəstəyə qoşulub. Lakin bir müddət sonra onu polis yaxalayıb və dəstə üzvləri tərəfindən verilmiş qanunsuz silahı hüquq-mühafizə orqanları götürüb. Bundan sonra dəstə üzvləri 25 yaşlı şəxsi cəzalandırmaq qərarına gəlib. Onu qapalı yerə salaraq döyüblər, həmçinin əxlaqsız hərəkətlər edərək videoya çəkiblər.

Məhkəmənin hökmü ilə dəstənin rəhbəri olan A.K 40 il həbs cəzasına məhkum edilib. Digər dəstə üzvlərindən M.A 31 il 8 ay, S.K 8 il 6 ay cəza alıb. Digər 3 nəfərdən ikisinin polisin nəzarəti altında qalmasına, birinin isə tamamilə sərbəst buraxılmasına qərar verilib. (qafqazinfo.az)









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO