“Qafqazda yeni bir gerçəklik ortaya çıxdı” - Ukraynalı ekspert “Şuşa Bəyannaməsi”ndən yazdı

“Qafqazda yeni bir gerçəklik ortaya çıxdı” - Ukraynalı ekspert “Şuşa Bəyannaməsi”ndən yazdı

Hazırda oxunan: “Qafqazda yeni bir gerçəklik ortaya çıxdı” - Ukraynalı ekspert “Şuşa Bəyannaməsi”ndən yazdı

25067

“Dünən Azərbaycanda böyük miqyaslı və ən əsası gələcəkdə çox gözəl nəticələr verən möhtəşəm hadisə baş verdi. Prezidentlər Ərdoğan və Əliyev "Şuşa Bəyannaməsi"nə imza atdılar”.

Bizim.Media xəbər verir ki, bu barədə Facebook şəbəkəsində Ukraynanın hərbi icmalçısı Aleksey Arestoviç yazıb. O, "Şuşa Bəyannaməsi"nin müddəalarını yayımlayaraq, Azərbaycanın Şuşa şəhərinin alınmasında etdiyi addımları tərifləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanın Qarabağa səfərinin PƏRDƏARXASI - Moskva niyə REAKSİYA vermir?


“Türkiyə bir zərbə ilə 19-cu əsrin əvvəllərindən bəri Rusiya imperiyasının müstəsna təsir zonası olan Zaqafqaziyanın qapılarını qırdı. Oyunun yüksək nəbzi hər zaman gözəl nəticələr verir”.
Hərbi ekspert Qarabağa yerləşdirilən Rusiya sülhməramlılarından da söz açıb:

“Mən o zaman xüsusilə, Rusiya sülhməramlılarının regiona gətirilməsinin heç bir halda Qarabağ kampaniyasının sonu olmadığını və əsas sürprizlərin bizi qarşıda gözlədiyini demişdim.

Və budur, altı aydan sonra imzalanan “Şuşa Bəyannaməsi”. İndi Azərbaycan-Türkiyə İttifaqının (ATA) siyasi və hərbi potensialı daha da artdı və Qafqazda yeni bir gerçəklik ortaya çıxdı”.

Sonda A. Arestoviç fikirlərini belə tamamlayıb:

“Dünyada əsas oyunçularından birinin Türkiyə və indi onunla yanaşı Azərbaycan (maraqları və imkanları çərçivəsində) olacağı yeni bir Böyük Oyun başladı.

Türkiyə buna necə nail oldu? ..

Türk rəhbərliyi və xalqı neoliberal siyasi iqtisad dərsliklərinin səhifələrini deyil, ölkələrini real dəyərlərinə və maraqlarına uyğun inkişaf etdirəcək qədər ağıllı çıxdı”.

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO