Salyan şəhərində əsən güclü külək fəsadsız ötüşməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Güclü küləyin təsirindən iri gövdəli ağac kökündən çıxaraq yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə aşıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Lakin aşan ağac avtomobilə ciddi maddi ziyan vurub.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ərazidə təmizlik və təhlükəsizlik tədbirləri görülüb.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:20 / 19.05.2025
Salyanda güclü külək ağacı aşırdı, avtomobilə ziyan dəydi - VİDEO
Hazırda oxunan: Salyanda güclü külək ağacı aşırdı, avtomobilə ziyan dəydi - VİDEO
Hazırda oxunan: Salyanda güclü külək ağacı aşırdı, avtomobilə ziyan dəydi - VİDEO
250206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.