Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 13 milyard 964,9 milyon manat vəsait daxil olmuş, büdcədən 10 milyard 961,9 milyon manat vəsait xərclənib.
Bizim.Media xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Büdcənin icrasında 3 milyard 3 milyon manatlıq profisit (büdcə artıqlığı) yaranıb.
2025-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 733 milyon manat, xərcləri 8 milyard 115 milyon manat təşkil etmiş, büdcənin icrasında 1 milyard 618 milyon manatlıq profisit yaranmışdı. Bu artıqlıq ümumi daxili məhsulun 5,4 faizinə bərabər olmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:53 / 15.05.2025
Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB
Hazırda oxunan: Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB
Hazırda oxunan: Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB
249486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.