Azərbaycanda “Olimpiada Bilik Forumu” KEÇİRİLDİ - İLK DƏFƏ

Azərbaycanda “Olimpiada Bilik Forumu” KEÇİRİLDİ - İLK DƏFƏ

Hazırda oxunan: Azərbaycanda “Olimpiada Bilik Forumu” KEÇİRİLDİ - İLK DƏFƏ

248787

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olunub.

Bizim.Media xəbər verir ki, ümumilikdə 600 iştirakçının qatıldığı Forum çərçivəsində 7-29 yaş arası şagird, yeniyetmə və gənclər ingilis dili üzrə olimpiadada biliklərini sınamaq imkanı qazanıblar. Eyni zamanda, iştirakçılar tanınmış mentorların motivasiyaedici çıxışlarını dinləyərək şəxsi və peşəkar inkişafla bağlı dəyərli tövsiyələr əldə ediblər.
 

Tədbirin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunub, sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.


Qeyd edək ki, təşkil olunan “Olimpiada Bilik Forumu” Azərbaycanda gənclərin intellektual inkişafına, xarici dil bacarıqlarının artırılmasına və onların sosial fəallığının təşviqinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO