“Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh olacaq” – Paşinyan

“Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh olacaq” – Paşinyan

Hazırda oxunan: “Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh olacaq” – Paşinyan

248455

“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq”.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 

“Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır”, - o bildirib.


Paşinyan həmçinin diqqəti tarixi Ermənistana yox, real Ermənistana yönəltməyin və gələcək nəsillər üçün xoşbəxt və azad dövlət qurmağın vacibliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO