Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

247992

Mayın 6-da xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərindən sonra Azərbaycan-İran ikitərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.
 

Tərəflər, həmçinin İran və Azərbaycanın araşdırma və beyin mərkəzləri arasında təmasların və əməkdaşlığın qurulmasının ikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyini, iki ölkənin ictimaiyyətləri arasında müxtəlif mövzular barədə məlumatlılığın artmasına xidmət edəcəyini qeyd ediblər.


Nazir müavinləri, həmçinin digər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO