Zonguldakda 92 yaşlı Şerife Ay adlı qadın qəfil başlayan şiddətli qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya çatdırılıb.
Bizim.Media xəbər verir ki, xəstəxanada yoxlanışdan sonra Şerife həkimləri belə təəccübləndirən bir diaqnozla üzləşib.
Xəstəxanada aparılan müayinələr zamanı yaşlı qadının mədə və nazik bağırsağında çoxlu sayda xurma və zeytun tumu, eləcə də onların bərkiməsindən yaranmış daş parçaları aşkarlanıb.
63 tum və 5-6 sm ölçüsündə 5 daş həkimləri şoka salıb.
Aparılan təcili əməliyyatla çürümüş və deşilmiş bağırsaq hissələri çıxarılıb, sağlam toxuma ilə birləşdirilib. 2 saatlıq əməliyyatdan və 5 günlük reanimasiya müddətindən sonra Şerife Ay vəziyyəti yaxşılaşıb.
Həkimlərin sözlərinə görə, bu vəziyyət illərlə yığılan və zamanla bərkiyən tumlaırn nəticəsində yaranıb.
Yaşlı qadının sözlərinə görə, o, xurma və zeytunu çox sevdiyi üçün tumlarını udduğunu fərqində olmayıb. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:05 / 06.05.2025
92 yaşlı qadının bağırsağından görün nələr çıxdı – İllərdir udurmuş - FOTO
Hazırda oxunan: 92 yaşlı qadının bağırsağından görün nələr çıxdı – İllərdir udurmuş - FOTO
Hazırda oxunan: 92 yaşlı qadının bağırsağından görün nələr çıxdı – İllərdir udurmuş - FOTO
247896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.