Zambiya Prezidenti Edgar Lungu ölkənin paytaxtı Lusakadaki hərbi paradda özündən gedib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı yerli “Zambia Vatchdog” nəşri dövlət başçısının ofisinə istinadən yayıb.
Bazar günü ölkədə silahlı qüvvələrin günü qeyd edilib. Tədbirdə iştirak edən Prezident Edgar Lungunun qəfil başı gicəllənib, dərhal da özünə gəlib və hökumət avtomobilində evinə qayıdıb.
Prezident vətəndaşlarına və beynəlxalq ictimaiyyətə özünü yaxşı hiss etdiyini və rəhbər kimi fəaliyyət göstərəcəyini deyib.
64 yaşlı Lungu ilə yaşanan hadisədən bir gün sonra 1964-1991-ci illərdə ölkəyə rəhbərlik edən ölkənin ilk prezidenti Kennet Kaundanın xəstəxanaya qaldırıldığı məlum olub.
“Zambia News 365”ə görə, milli dövlətçiliyin qurucusu adlandırılan 97 yaşlı Kaunda Lusakadaki hərbi xəstəxanalardan birində müalicə olunur. Xəstəxanaya yerləşdirmə səbəbləri barədə məlumat verilmir.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
16:17 / 14.06.2021
Bu ölkənin prezidenti hərbi paradda özündən getdi - VİDEO
Hazırda oxunan: Bu ölkənin prezidenti hərbi paradda özündən getdi - VİDEO
Hazırda oxunan: Bu ölkənin prezidenti hərbi paradda özündən getdi - VİDEO
24772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.