Qadına hücum etdiyi deyilən sabiq məmur nəvəsi saxlanıldı

Qadına hücum etdiyi deyilən sabiq məmur nəvəsi saxlanıldı

Hazırda oxunan: Qadına hücum etdiyi deyilən sabiq məmur nəvəsi saxlanıldı

247631

Mayın 2-si saat 19:30 radələrində paytaxtda keçmiş sevgilisinə bıçaqlı hücum etməkdə şübhəli bilinən 20 yaşlı Murad Əhmədov saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli yayıb.

Onun sözlərinə görə, şübhəlinin müvafiq izahatları alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Onun sözlərinə görə, M.Əhmədov pəncərədən dırmaşaraq evə daxil olub. O, zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO