Bakıda sabiq məmurun nəvəsi qadının evinə hücum edib? –VİDEO

Bakıda sabiq məmurun nəvəsi qadının evinə hücum edib? –VİDEO

Hazırda oxunan: Bakıda sabiq məmurun nəvəsi qadının evinə hücum edib? –VİDEO

247367

Bakıda qadın keçmiş sevgilisi tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında, Şərafət Babayevanın mənzilində baş verib.
 

Zərərçəkənin bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.


Ş.Babayevanın verdiyi məlumata əsasən, M.Əhmədov əvvəlcə 2 saat ərzində mənzilin qapısını döyüb, qapını aça bilməyəndən sonra isə binanın dəhlizindəki pəncərədən dırmaşaraq evə daxil olub. O, zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO