Dövlət qurumuna işə düzəldəcəyini deyib qadının 10 minini ALDI - FOTO

Dövlət qurumuna işə düzəldəcəyini deyib qadının 10 minini ALDI - FOTO

Hazırda oxunan: Dövlət qurumuna işə düzəldəcəyini deyib qadının 10 minini ALDI - FOTO

247282

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.

Bizim.Media xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq edən 39 yaşlı Rəvan Abdullayev saxlanılıb.

O, şəhər sakini olan qadını dövlət qurumunda işə düzəldəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 10 min manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır. R.Abdullayevin qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa polis orqanlarına məlumat verə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO