I ixtisas qrupundan bu fənn çıxarıldı – QƏRAR

I ixtisas qrupundan bu fənn çıxarıldı – QƏRAR

Hazırda oxunan: I ixtisas qrupundan bu fənn çıxarıldı – QƏRAR

247251

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.

Qərara əsasən, bu tələb ləğv olunub.
 

Qüvvədə olan Qaydaya əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.


Dəyişikliyə əsasən, abituriyentlər hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO