Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ!

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ!

247228

Azərbaycan Mərkəzi Bankının məlumatına görə bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib.

Bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Kreditlə avtomobil almaq istəyənlərə BƏD XƏBƏR


Bəs, avtomobil kreditlərinin faiz dərəcəsinin artmasına səbəb nə olub?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcələrinin 12%-i keçməsinin əsas səbəblərindən biri kreditlə avtomobil satışının artmasıdır:

“İkinci təsir amili isə ötən il qəbul edilən taksi xidməti haqqında məhdudlaşırıcı qərardır. Yəni taksi xidmətilərinin tənzimlənməsinə yeni qaydaların gəlməsi yeni avtomobillərin alınmasına tələbatı artırdı. Ötən ilin ortalarından başlayaraq taksilərin daha çox yeni avtomobillər olduğunu görürük.

Yeni taksilərin bir çoxu ya lizinq, ya da kreditlə alınıb. Tələbatın artması da iqtisadiyyatın qızıl qaydasını işə salır.

Artan tələbat bank faizlərini də yüksəldir. Çünki bankların müştəriləri çoxaldıqca, onlar həm seçim edə, həm də faizləri artıra bilirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO