Ukrayna ordusu FPV pilotsuz uçuş aparatlarından istifadə edərək Xerson vilayətinin Aleşki şəhərində bazara kütləvi zərbə endirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Xerson qubernatoru (Ukraynanın Xerson vilayətindəki separatçı rejimin rəhbəri-red) Vladimir Saldo bildirib.
Onun sözlərinə görə, zərbə nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
"Moskva vaxtı ilə saat 09:30-da Aleşkidə, mərkəzi bazar ərazisində Ukrayna Silahlı Qüvvələri mülki şəxslərə FPV dronları ilə kütləvi zərbə endirib. Hücum zamanı bazarda çoxlu insan olub.
İlkin məlumatlara görə, azı 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb" , - Saldo Telegram kanalında yazıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:04 / 01.05.2025
Ukrayna ordusu Xersonda bazarı PUA ilə vurdu: 7 ölü, 20 yaralı var – ANBAAN VİDEO
Hazırda oxunan: Ukrayna ordusu Xersonda bazarı PUA ilə vurdu: 7 ölü, 20 yaralı var – ANBAAN VİDEO
Hazırda oxunan: Ukrayna ordusu Xersonda bazarı PUA ilə vurdu: 7 ölü, 20 yaralı var – ANBAAN VİDEO
247058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.