Rusiya Odessa şəhərinə zərbə endirdi: 2 ölü, 15 yaralı var – FOTO/VİDEO

Rusiya Odessa şəhərinə zərbə endirdi: 2 ölü, 15 yaralı var – FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Odessa şəhərinə zərbə endirdi: 2 ölü, 15 yaralı var – FOTO/VİDEO

247016

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə mayın 1-nə keçən gecə həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 2 nəfər həlak olub, daha 15 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti “Meta” sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda deyilir: “Hücum zamanı çoxmərtəbəli yaşayış binaları, fərdi evlər, supermarket, məktəb və avtomobillərə ziyan dəyib”.

PUA zərbəsinin olduğu yerlərdə baş verən yanğınlar yanğınsöndürənlər, könüllülər və Milli Qvardiya qüvvələri tərəfindən tez bir zamanda söndürülüb.

Xilasedicilər və fövqəladə hallar xidmətinin əməkdaşları çoxmərtəbəli binaların birində 200-dən çox insanı təxliyə ediblər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO