Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,71 % azalaraq 65,13 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya neft bazarında yer alıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,28 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,74 % azalaraq 63,40 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:51 / 01.05.2025
Azərbaycan neftinin qiyməti 65 dollara düşdü
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 65 dollara düşdü
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 65 dollara düşdü
246993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.