Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq TƏLİMDƏ - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq TƏLİMDƏ - FOTO

Hazırda oxunan: Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq TƏLİMDƏ - FOTO

246747

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Məlumata görə, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.


Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO