BMT rəsmisi Bakıda keçirilən forumun ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

BMT rəsmisi Bakıda keçirilən forumun ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

Hazırda oxunan: BMT rəsmisi Bakıda keçirilən forumun ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

246497

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) olaraq vətəndaş cəmiyyəti və digər bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq edirik”.

Bizim.Media xəbər verir ki, bunu aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda jurnalistlərə açıqlaması zamanı BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.

O, vətəndaş cəmiyyətlərinin öz səslərini duyurmasının çox vacib olduğunu vurğulayaraq əlavə edib:
 

“Onların tərəfdaşlarla birgə işləmək üçün imkanları və ortaq müzakirə masası var. Bu forum isə məhz həmin məqsədlərə xidmət edəcək. Mən müzakirələrin nəticələrini səbirsizliklə gözləyirəm və ümid edirəm ki, iştirakçılar həmrəylik ruhunda danışacaqlar. Çünki yalnız səmimi həmrəylik və bu məsuliyyətin bölüşülməsi sayəsində heç kimin geridə qalmaması təmin oluna bilər”.


BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bakıda keçirilən forumda iştirak etməkdən böyük şərəf duyduğunu da diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO