Pakistanlılar kütləvi şəkildə Hindistanı tərk edib - VİDEO

Pakistanlılar kütləvi şəkildə Hindistanı tərk edib - VİDEO

Hazırda oxunan: Pakistanlılar kütləvi şəkildə Hindistanı tərk edib - VİDEO

246436

Cammu və Kəşmirdəki terror aktından sonra Nyu-Delhinin vizaları ləğv etmək qərarı ilə əlaqədar Hindistanı tərk etməli olan Pakistan vətəndaşlarının demək olar ki, hamısı ölkədən çıxıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti yazıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 24-dən etibarən 537 Pakistan vətəndaşı Hindistanın Pəncab ştatındakı Attari nəzarət-buraxılış məntəqəsi vasitəsilə ölkəni tərk edib.
 

Hindistan Xarici İşlər Nazirliyi aprelin 24-də Pakistan vətəndaşlarına vizaların verilməsinin dərhal dayandırılması və əvvəllər verilmiş sənədlərin aprelin 27-dən ləğv edilməsi barədə qərar qəbul etdiyini elan edib.


Pakistan vətəndaşlarına verilmiş tibbi vizalar yalnız aprelin 29-dək etibarlı olacaq.

Nyu-Delhi bu tədbirləri Hindistanın Cammu və Kəşmir ittifaq ərazisində 26 nəfərin həlak olduğu terror aktından sonra qəbul edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO