Şamaxıda baş verən qətlin bəzi təfərrüatları bəlli olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib. İddialara görə Vüsal Mobil oğlu Hidayətov Sevda Aslan qızı Hidayətovanın xəyanətini öyrəndikdən sonra belə bir addım atıb və həyat yoldaşını rayonun 7 günbəz adlanan qəbiristanlığında çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
MÖVZU İLƏ BAĞLI:
Şamaxıda DƏHŞƏT: Ər arvadını qəbiristanlıqda öldürdü
Vüsal Hidayətov hadisəni törətdikdən sonra polisə könüllü təslim olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu