Kazino fəaliyyəti Azərbaycanda hansı sahələri canlandıra bilər? – AÇIQLAMA

Kazino fəaliyyəti Azərbaycanda hansı sahələri canlandıra bilər? – AÇIQLAMA

Hazırda oxunan: Kazino fəaliyyəti Azərbaycanda hansı sahələri canlandıra bilər? – AÇIQLAMA

245686

“Kazino fəaliyyəti barədə müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur. Bu məsələdə qanunlara ciddi şəkildə əməl olunması vacibdir. Xüsusilə yetkinlik yaşına çatmayan şəxslər kazinolara buraxılmır. Kiprdə tələbə bileti olan şəxslərə kazinolara giriş üçün icazə yoxdur. Belə bir hal ortaya çıxarsa, müəssisə ciddi şəkildə cəzalandırılır. Ada ölkələrində kazino fəaliyyəti geniş yayılıb".

Bizim.Media xəbər verir ki, bu sözləri “demokrat.az”a açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

Sədr bildirib ki, Azərbaycanda kazinoların fəaliyyətinə icazə olmaması həvəsi olan şəxslərin Gürcüstana, Kiprə və digər ölkələrə səyahət etməsinə səbəb olur:

"Bu da ölkəmizdən valyutanın xaricə axmasına səbəb olur. Azərbaycanda müxtəlif məkanlarda kazino oyunları təşkil etmək olar. Külli miqdarda maliyyə vəsaitinin dövlət büdcəsinə vergi şəklində daxil olması iqtisadiyyata və turizmə müsbət təsir edəcək. Kazinoların fəaliyyət göstərdiyi ölkələrdə mehmanxana, restoran biznesi və digər logistika sahələri inkişaf edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO