Avropa İttifaqı (Aİ) ABŞ-ın texnologiya nəhəngləri “Apple” və “Meta” şirkətlərini müvafiq olaraq 500 milyon və 200 milyon avro məbləğində cərimələyib.
Bizim.Media alman mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyası bu qərarı hər iki şirkətin Avropanın rəqəmsal qanunvericiliyini pozması ilə əsaslandırıb. Komissiyanın məlumatına görə, həmin şirkətlər konkret olaraq “Rəqəmsal bazarlar qanunu”na (DMA) zidd hərəkət ediblər.
“Apple” bu qərara qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.
Qeyd edək ki, bu qanun Avropanın rəqəmsal bazarında dominant mövqeyə malik şirkətlərin digər rəqibləri sıxışdırmasının qarşısı alınmasını nəzərdə tutur. Avropa Komissiyası “Rəqəmsal bazarlar qanunu” çərçivəsində ilk dəfə cərimə tətbiq edir.
Bizim.Media