Bu avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılışına icazə veriləcək - RƏSMİ

Bu avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılışına icazə veriləcək - RƏSMİ

Hazırda oxunan: Bu avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılışına icazə veriləcək - RƏSMİ

24525

“Müəyyən avtomobillər var ki, onların stadion ərazisinə daxil olmasına icazə veriləcək. Həmin avtomobillər oyunların təşkili və keçirilməsi ilə əlaqədar ayrı-ayrı qonaqları daşıyacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin avtomobillər yaradılan mühafizə, təhlükəsizlik tədbirləri ilə bağlı bir neçə yoxlamalardan keçiriləcək:

“Daha sonra isə onların stadion ərazisində daxil olmasına icazə veriləcək”.

DİN rəsmisi qeyd edib ki, Bakı Olimpiya Stadionu (BOS) istiqamətinə gələn, eləcə də oyun ərəfəsində bu istiqamətdə küçə və prospektlər boyu avtomobillərin hərəkəti məhdudlaşdırılacaq:

“Məqsəd piyadaların, azarkeşlərin stadiona təhlükəsiz şəkildə daxil olmasına şəraitin yaradılmasıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO