Çinli tədqiqatçılar heç bir nüvə materialından istifadə edilməyən hidrogen əsaslı partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər.
Bu barədə Bizim.Media "South China Morning Post" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, nəzarət edilən səhra sınaqları zamanı dağıdıcı kimyəvi zəncirvari reaksiyanı doğurmaq mümkün olub.
Nəşrin məlumatına görə, qurğu Çin Dövlət Gəmiqayırma Korporasiyasının 705 Araşdırma İnstitutu tərəfindən hazırlanıb.
Bu bombada maqnezium hidrid kimyəvi birləşməsindən istifadə edilir. İki kiloqramlıq qurğunun sınaq partlayışı zamanı temperaturu 1000 dərəcə Selsidən yüksək olan alov topu yaradılıb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:15 / 20.04.2025
Çin hidrogen bombasını sınaqdan keçirdi
Hazırda oxunan: Çin hidrogen bombasını sınaqdan keçirdi
Hazırda oxunan: Çin hidrogen bombasını sınaqdan keçirdi
245098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.