Özbəkistan Rusiyanın Rutube videohostinqini blokladı

Özbəkistan Rusiyanın Rutube videohostinqini blokladı

Hazırda oxunan: Özbəkistan Rusiyanın Rutube videohostinqini blokladı

244677

Rusiyanın Rutube videohostinqi Özbəkistanda bloklanıb.

Bizim.Media “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, sayta daxil olmaq istəyən zaman istifadəçilər zorakılıq, müharibə və düşmənçiliyi təbliğ edən məzmunlu resurslarla bağlı Nazirlər Kabinetinin 2018-ci il qərarına uyğun olaraq bloklanma barədə bildirişə rast gəlirlər.

Əvvəllər istifadəçilər Rutube-nin işində fasilələr olduğunu bildirirdilərsə, indi platforma heç yerdə əlçatan deyil.

Özbəkistan rəsmilərindən bloklama ilə bağlı hələlik heç bir rəsmi şərh verilmir.

Xatırladaq ki, ilin əvvəlində RuNet istifadəçiləri bəzi xidmətlərin fəaliyyətində nasazlıqlar barədə məlumat vermişdilər.

Downdetector saytının məlumatına görə, rabitə operatorları, axtarış sistemləri, sosial şəbəkələr və bank proqramları arasında fasilələr müşahidə olunub. O zaman ən çox Google, Yandex, VKontakte, Rutube, T-Bank tətbiqinin zəif işləməsindən şikayət edirdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO