Xatirə İslamın bacısının da fəaliyyətinə İCAZƏ VERİLMƏDİ

Xatirə İslamın bacısının da fəaliyyətinə İCAZƏ VERİLMƏDİ

Hazırda oxunan: Xatirə İslamın bacısının da fəaliyyətinə İCAZƏ VERİLMƏDİ

244622

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
 

MÖVZU İLƏ BAĞLI:

42 plastik cərrahın fəaliyyətinə İCAZƏ VERİLDİ – ADLAR


Xüsusi Təftiş Komissiyasının yoxlamaları nəticəsində 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.

Bizim.Media-nın araşdırmasına görə ki, fəaliyyətinə icazə verilən həkimlərin siyahısında haqqında tibb təhsili olmadığı iddia edilən bir neçə şəxsin, həmçinin, müğənni Xatirə İslamın bacısı Günel Əzizovanın adı qeyd edilməyib.

Xatırladaq ki, ötən il ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bir sıra plastik cərrahlarla yanaşı müğənni Xatirə İslamın həkim bacısı Günel Əzizovanın da tibb təhsilinin olmadığını qeyd etmişdi. O bildirmişdi ki, tibb təhsili olmayan Günel Əzizova qeyri-qanuni əməliyyatlar aparır və ginekoloji prosedurlar həyata keçirməkdə davam edir. Amma heç bir sənəddə adı keçmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO