Aprelin 17-də Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan etmişdi ki, Ermənistan və Azərbaycan regionda sülh və sabitliyin təşviqində Gürcüstana arxalana bilər. O, əmin edib ki, Tbilisi regionda dialoqu və əməkdaşlığı asanlaşdırmaq üçün bütün mümkün vasitələrlə təmin edəcək.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:40 / 17.04.2025
Tbilisidə üçtərəfli görüş olacaq
Hazırda oxunan: Tbilisidə üçtərəfli görüş olacaq
Hazırda oxunan: Tbilisidə üçtərəfli görüş olacaq
244578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.