Aprel ayının 9-da Goranboyun Goran qəsəbəsi sirkə turşusu içib, sonra isə özünə bıçaqla xəsarət yetirən şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini 1982-ci il təvəllüdlü X. Xudiyev ağır vəziyyətdə Bakıya aparılıb və həkimlərin səyinə baxmayayaraq xəstəxanada dünyasını dəyişib.
Onun Goran qəsəbəsində yerləşən mağazaların birinin mühafizəçi işlədiyi bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu