Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR

Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR

Hazırda oxunan: Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR

244519

Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraciət ediblər.
 

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində səhər saat 11-dən, Sulutəpə qəsəbəsi, Laçın rayon 10 saylı məktəbi, Xocahəsəndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının ətrafı, Abşeron rayonu, Məmmədli qəsəbəsinin ərazilərində isə gecə saatlarından bəri işıq yoxdur.


Sakinlər qeyd ediblər ki, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO