Montella Türkiyə millisini “Roma”ya dəyişəcək?

Montella Türkiyə millisini “Roma”ya dəyişəcək?

Hazırda oxunan: Montella Türkiyə millisini “Roma”ya dəyişəcək?

244518

"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Klaudio Ranyerinin yerinə baş məşqçi postu üçün axtarışları davam etdirir.

Bizim.Media xəbər verir ki, paytaxt klubunu çalışdırmağa əsas namizəd Türkiyə millisinin baş məşqçisi olan Vinçentso Montelladır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Montellanın köməkçisi Daniele Russo "Roma"nın İtaliya çempionatında "Yuventus" və "Latsio" ilə matçlarını stadionda izləyib.

A Seriyası təmsilçisinin baş məşqçisi postuna digər namizədlər isə "Əl-Nəsr"i çalışdıran Stefano Pioli ilə hazırda işsiz olan Massimiliano Alleqri və Mauritsio Sarridir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO