Qubada bu kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib – FOTO/VİDEO

Qubada bu kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib – FOTO/VİDEO

Hazırda oxunan: Qubada bu kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib – FOTO/VİDEO

244389

Qubanın Rustov İnzibati Ərazi Dairəsinə daxil olan Kardaş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tam kəsilib. Belə ki, bu gecə Cağacuqçaya gələn güclü sel kəndin ortasındakı asma körpüdən keçidi çox təhlükəli vəziyyətə salıb.

Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, hazırda körpüdən keçmək mümkünsüzləşib.
 

Kəndin sol tərəfində yaşayan əhali bu taya keçə bilmir, nəticədə uşaqlar dərsə getməyib. Kənd blokada şəraitinə düşüb. Onun bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.


Quba FHK sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov güclü yağışların fəsadlara yol açdığını, araşdırma getdiyini təsdiqləyib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO