Mbappe ÜZR İSTƏDİ

Mbappe ÜZR İSTƏDİ

Hazırda oxunan: Mbappe ÜZR İSTƏDİ

244130

"Alaves"in yarımmüdafiəçisi Antonio Blanko "Real"ın hücumçusu Kilian Mbappenin La Liqanın 31-ci turunda keçirilən oyunda ona qarşı kobud oynamasından danışıb.

Bizim.Media xəbər verir ki, Mbappe matçın 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına açıq ayaqla zərbə endirib.

VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub.

Blanko AS nəşrinə açıqlamasında fransalı futbolçunun ondan üzr istədiyini bildirib: "Düzünü desəm, kifayət qədər ağır zərbə oldu, amma futbolda belə şeylər baş verir. Kilian üzr istədi, əsas da budur. Buna çox əhəmiyyət verməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Antonio Blanko 2023-cü ilin yayında "Real"dan "Alaves"ə keçib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO