Myanmada daha bir güclü zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5 bal gücündə olan zəlzələnin episentri 177 minə yaxın insanın yaşadığı Meythil şəhərindən 33 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin hiposentri (yeraltı ocağı) 35 kilometr dərinlikdə olub.
Dağıntılar və itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Myanmada baş vermiş 7.7 bal gücündə zəlzələ nəticəsində 3645 nəfər həlak olub, 5017 nəfər yaralnıb. 148 nəfərin adı itkin düşənlərin siyahısındadır.
Bizim.Media