Netanyahu İranı HƏDƏLƏDİ

Netanyahu İranı HƏDƏLƏDİ

Hazırda oxunan: Netanyahu İranı HƏDƏLƏDİ

243091

İsrailin baş naziri Benyamin Netanyahu Tehranın Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İrana qarşı hərbi əməliyyatlarla hədələyib.

Bizim.Media xəbər verir ki, Natanyahu bu barədə jurnalistlərə açıqlamasında danışıb.
 

"ABŞ prezidenti Tramp və mən razıyıq ki, İran nüvə silahına malik olmamalıdır. Buna razılaşma yolu ilə nail olmaq olar, ancaq bu razılaşma Liviya ilə razılaşmaya bənzədiyi təqdirdə mümkün olacaq. İkinci variant, əgər bu baş verməsə, sadəcə olaraq danışıqları dartacaqlar, sonra isə hərbi variantdır. Bunu hamı başa düşür”, - israilli nazir deyib.


Bundan əvvəl ABŞ və İran ikitərəfli danışıqların aprelin 12-də Omanda keçiriləcəyini təsdiqləsə də, Vaşinqton danışıqların birbaşa, Tehran isə vasitəçilər vasitəsilə aparılacağını təkid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO