Premyer Liqanın 29-cu turu çərçivəsində «Zirə» ilə keçirilən oyunda zədələnən Kadi Borgesin son durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin zədəsi ciddi deyil.
Klubdan verilən məlumata görə, ayağında şiş əmələ gələn futbolçu bu gün həkim müayinəsindən keçəndən sonra onun növbəti turda meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, “Zirə” ilə oyunda komandasının yeganə qolunu vuran Kadi 53-cü dəqiqədə xəsarət almışdı. Qurban Qurbanov “sambaçı”nı Aleksey Kaşukla əvəzləmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:17 / 08.04.2025
Zədəli olan Kadi Borgesin SON DURUMU
Hazırda oxunan: Zədəli olan Kadi Borgesin SON DURUMU
Hazırda oxunan: Zədəli olan Kadi Borgesin SON DURUMU
242985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.