Məktəblərdə psixoloq olmaq istəyənlərin DİQQƏTİNƏ!

Məktəblərdə psixoloq olmaq istəyənlərin DİQQƏTİNƏ!

Hazırda oxunan: Məktəblərdə psixoloq olmaq istəyənlərin DİQQƏTİNƏ!

242815

Aprelin 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.

Bu barədə Bizim.Media-ya MÜTDA-dan məlumat verilib.

Müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndərilir.
 

Müsahibə mərhələsində namizədə ixtisas üzrə açıq və praktik suallar verilir. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.


Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanında iştirak edən 312 namizəddən 139-u müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO