Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner Ukrayna lideri Volodimir Zelenskini hazırkı dövlət başçısı Xavyer Miley ilə müqayisə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kirşner sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Mileyin ABŞ-la münasibətlərə verdiyi önəm onu Zelenski ilə eyni mövqeyə gətirir:
“Oval kabinetdə Zelenskinin təlxək kimi əksini gör və artıq lazım olmadıqda onun başına nələrin gəldiyini düşün”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, X.Miley 2023-cü il dekabrın 10-da vəzifəsinin icrasına başlayıb. O prezident postuna gəldikdən sonra ABŞ-a 10 dəfə səfər edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:18 / 05.04.2025
Keçmiş xanım prezident Zelenskini “təlxək” adlandırdı
Hazırda oxunan: Keçmiş xanım prezident Zelenskini “təlxək” adlandırdı
Hazırda oxunan: Keçmiş xanım prezident Zelenskini “təlxək” adlandırdı
242522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.